ABŞ və İran arasında atəşkəslə bağlı gizli danışıqlar iddiası

ABŞ və İranın Hörmüz boğazının açılması qarşılığında atəşkəsə nail olmaq üçün danışıqlar apardığı iddia olunur. Məlumata görə, tərəflər bu məsələni birbaşa və ya vasitəçilər üzərindən müzakirə edir.

Mənbələr bildirir ki, ABŞ rəhbərliyi bu ehtimalı müxtəlif tərəfdaşlarla da müzakirə edir. Həmçinin, Vaşinqtonun region ölkələri ilə əlaqə saxlayaraq mümkün razılaşma variantlarını nəzərdən keçirdiyi qeyd olunur.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra bölgədə gərginlik artıb, İran isə buna cavab olaraq bir sıra hədəflərə zərbələr endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki