ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 555 nəfərə çatdı

Fars Xəbər Agentliyinin yaydığı məlumata əsasən, 131 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 555 nəfər həyatını itirib. Yaralıların sayı barədə isə məlumat verilməyib.

Referans Media xəbər verir ki, Qurumun sözçüsü Müctəba Xalidi 28 fevral tarixində verdiyi əvvəlki açıqlamasında 201 nəfərin öldüyünü, 747 nəfərin yaralandığını bildirmişdi.

Hücumlar 28 fevralda başlayıb. İran tərəfi İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə cavab zərbələri endirib.

Məlumata görə, hücumlar zamanı İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər də həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki