Abşeronda beş yaşlı uşaq faciəli şəkildə öldü

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Referans oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisindəki “Saray MTK” yaşayış kompleksində qeydə alınıb.

Kompleksdəki yaşayış binalarından birinin 9-cu mərtəbəsindəki mənzillərdən birində beş yaşlı oğlan yıxılıb.

Azyaşlı hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki