Acun Ilıcalı braziliyalı ulduz üçün kisənin ağzını açdı: “Hall Siti”nin hədəfi Anderson Taliskadır

Acun Ilıcalıya məxsus olan “Hall Siti” ilə bağlı diqqətçəkən transfer iddiası gündəmə gəlib. Məlumata görə, Premyer Liqaya yüksələn İngiltərə təmsilçisi Anderson Taliska üçün hərəkətə keçib.

İddialara əsasən, “Hall Siti” braziliyalı hücumçuya görə "Fənərbaxça" klubuna 30 milyon avro transfer haqqı təklif edib.

Referans Media xəbər verir ki , İngiltərə klubu yalnız "Fənərbaxça"ya deyil, futbolçunun özünə də olduqca yüksək maliyyə təklifi irəli sürüb.

İddiaya görə, “Hall Siti” Taliskaya illik 11 milyon avro maaş verməyə hazırdır. Bu məbləğin futbolçunun karyerasındakı ən yüksək müqavilələrdən biri ola biləcəyi qeyd olunur.

Hazırda nə “Hall Siti” , nə də "Fənərbaxça" tərəfindən transfer iddiaları ilə bağlı rəsmi açıqlama verilməyib. Bu səbəbdən xəbərlər hələlik transfer bazarında yayılan iddialar kimi qiymətləndirilir.

Taliska son dövrlərdə "Fənərbaxça"nın hücum xəttinin əsas fiqurlarından biri hesab olunur və onun gələcəyi ilə bağlı qərarın yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki