Acun Ilıcalı "Fənərbaxça"dan sonra dəstəklədiyi ikinci klubu açıqladı

İngiltərənin Premyer Liqasına yüksələn "Hall Siti" klubunun sahibi Acun Ilıcalı Türkiyədə dəstək verdiyi komandalar barədə danışıb.

Referans Media xəbər verir ki,  Premyer Liqaya vəsiqə qazanmasını qeyd etmək üçün təxminən 200 "Hall Siti" azarkeşi Ilıcalının dəvəti və sponsor dəstəyi ilə Antalyada bir araya gəlib. Tədbirdə azarkeşlərlə görüşən iş adamı klubun gələcək planlarından və transfer siyasətindən bəhs edib.

Acun Ilıcalı bildirib ki, əsas məqsəd Premyer Liqada möhkəmlənməkdir. Onun sözlərinə görə, klubun yeni mövsüm üçün büdcəsi təxminən 250 milyon avro olacaq.

Türkiyə futbolu ilə bağlı sualları cavablandıran Ilıcalı xüsusi olaraq vurğulayıb ki, "Fənərbaxça" və "Ərzurumspor" komandalarına dəstəyi davam edəcək.

“Fənərbaxça və Ərzurumspora dəstəyim davam edəcək”, – deyə o qeyd edib.

Ilıcalı həmçinin Türkiyə ilə İngiltərə arasında azarkeş turlarının təşkil ediləcəyini açıqlayıb.

Türkiyə millisinin gənc ulduzu Arda Gülerin çıxışlarına da toxunan Acun Ilıcalı Ardanın gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki