ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür.

Referans Media  xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.

“Sərnişinlərimizi platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə etməklə keçməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki