Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası son 20 ildə ilk dəfə İranın nüvə təhlükəsizliyi üzrə öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul edib.
“Referans” xəbər verir ki, bu barədə AEBA məlumat yayıb.
Üç Avropa ölkəsi və ABŞ-ın İslam Respublikasının nüvə proqramı ilə bağlı qətnaməsi Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində təsdiqlənib.
Rəhbərlər Şurasının cəmi 35 üzvündən 19-u lehinə, üçü əleyhinə, 11-i isə bitərəf qalıb. Rusiya, Çin və Burkina Faso qətnamənin əleyhinə səs verib./Apa/