AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandanı texniki məğlubiyyətlə cəzalandırılıb.

Referansaz.az-ın məlumatına görə, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul olunub.

U-14 Qızlar Liqasında “Atiq”, “Lokomotiv” və “Dirçəliş” komandaları heyətlərində yetərsay olmaması səbəbindən oyunlara çıxmadıqları üçün texniki məğlubiyyətlə cəzalandırılıblar.

U-16 Qızlar Liqasında isə “Turan Tovuz” klubu “Təhsil” 8 İOEUGİM-la görüşü həkim briqadası ilə təmin etmədiyinə görə eyni şəkildə cəzalanıb.

AFFA Region Liqasında keçirilən “Capital Baku” – “City Baku” matçının 75-ci dəqiqəsində kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə oyun dayandırıldığı üçün “Capital Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında İCBFA klubu “Quba” ilə matçda təyin edilən vaxtda meydanda olmadığına görə oyun baş tutmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki