AFFA rəsmisi “Barselona”nın oyununa nəzarət edəcək

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.

Referans Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl Yunayted” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki