ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtda görüşməsi planlaşdırılmır.
Referans xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Tramp keçən həftə Putinlə telefon danışığından sonra təxminən iki həftə ərzində rusiyalı həmkarı ilə görüşə biləcəyini demişdi. Görüş yeri Budapeşt şəhəri nəzərdə tutulurdu.//publika.az
