Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində ölüm hadisəsi baş verib.

Referans Media xəbər verir ki, Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü rayon sakini Samir Nəcəfovun toy zamanı qəfil halı pisləşib.

Yaxınları onu dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, S. Nəcəfov yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki