image-mina1backend

Ağdamda partlayış: Kənd sakini XƏSARƏT ALDI

Ağdamda mina hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki