Ağdamda traktorçu minaya düşdü

Ağdamda traktorçu minaya düşüb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpərkən minaya düşüb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki