Ağdərədə yanğın törədən şəxslər saxlanılıb

  Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Referans-a bildirilib ki, qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər – 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki