Ağdərədə yük maşını aşdı: sürücü yaralandı

  Ağdərədə yük avtomobili qəza törədib.

Referans.az  bildirir ki, APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.

Belə ki, “HOWO” markalı yük maşınının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

 Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki