image-qeza-1backend

Ağır qəza: YARALI VAR

Ucarda yol qəzası olub, xəsarət alan var.

Referans Media xəbər verir ki, hadisə rayonunun Təzə Şilyan kəndi ərazisində qeydə alınıb.

Rayonunun Alpout kənd sakini, 1995-ci il təvəllüdlü Abbasov Təbriz Namudar oğlunun idarə etdiyi “Hyundai Santa Fe” və Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Əbəciyev Kamran Əsəbömer oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillər toqquşub.

Nəticədə “Hyundai SantaFe”nin sərnişini, Ucar rayonunun Alpout kənd sakini, 1960-cı il təvəllüdlü Rzayeva Əminə Əlikişi qızı xəsarət alıb.
Fakt araşdırılır./APA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki