Ağsuda avtomobil velosipedçini vurdu

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə zamanı “Opel” markalı avtomobil velosipedçi, 2005-ci il təvəllüdlü Tural Cəbrayılovu vurub.
 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan velosipedçi Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki