Ağsuda dəhşətli qəza – Ölən var

  Ağsu rayonunda ağır yol qəzası baş verib.Referans.az  xəbər verir ki, Ağsu-Bico avtomobil yolunun Ərəbuşağı kəndidən keçən hissəsində “Vaz” markalı avtomobillə “Howo” markalı yük maşını toqquşub.

Nəticədə “Vaz”da olan 1965-ci il təvəllüdlü sərnişin M.Sadıqov vəfat edib, avtomobilin 33 yaşlı sürücüsü Bəhlul Sadıqov isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki