Kanadada əvvəllər itkin düşmüş 45 yaşlı aktyor Stüart Maklinin meyiti tapılıb. Bu barədə yerli polis məlumat yayıb.
Referans Media "People" jurnalına istinadən xəbər verir ki, Aktyor “Netflix” platformasının “Virgin River” serialındakı rolu ilə tanınırdı.
Səlahiyyətlilər hadisə ilə bağlı qətl ehtimalı üzrə istintaqa başladığını bildiriblər. Ölümün dəqiq səbəbi isə araşdırmaların nəticəsinə qədər açıqlanmır.
Azərbaycanda ən çox maaşı bu sahədə işləyənlər alır ⓘ reklam
Məlumata görə, Stüart Maklin sonuncu dəfə 15 may tarixində Vankuver yaxınlığındakı Lions Bay ərazisində görünüb. Ailəsi onun planlaşdırılan çəkilişə gəlməməsindən sonra narahat olub və polisə müraciət edib. 18 mayda aktyorun itkin düşməsi barədə rəsmi məlumat verilib. Bir neçə gün sonra isə onun qalıqları yaşadığı bölgəyə yaxın meşəlik ərazidə aşkar edilib.
Stüart Maklin 35-dən çox televiziya layihəsində çəkilib və “Arrow”, “Supernatural” və digər seriallardakı rolları ilə də tanınırdı.
