UEFA Çempionlar Liqasının ardından Avropa Liqasında da 1/8 final mərhələsinin ilk oyunları start götürür.
Referans Media xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq və 4 görüş saat 21:45-də, qalan yarısı isə gecəyarısı başlayacaq.
“Lill”, “Ştutqart”, “Bolonya”, və “Panatinaikos” daha erkən ev oyununa çıxacaqsa, “Olimpik Lion”, “Midtyullann”, “Frayburq”, “Braqa” səfərdə mübarizə aparacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 19-da olacaq.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart
21:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)
21:45. “Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya)
21:45. “Bolonya” (İtaliya) – “Roma” (İtaliya)
21:45. “Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya)
00:00. “Selta” (İspaniya) – “Olimpik Lion” (Fransa)
00:00. “Nottingem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka)
00:00. “Genk (Belçika) – “Frayburq” (Almaniya)
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya)























