Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni təyinat olub.
Referans Media xəbər verir ki ,Tural Rəhman oğlu Rzayev YAP Mərkəzi Aparatında şöbə müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tural Rzayev müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri şöbəsində məsləhətçi, böyük məsləhətçi, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.
Dövlət qulluğunda uzun illər fəaliyyət göstərən Tural Rzayev idarəçilik sahəsində qazandığı təcrübə ilə tanınır. O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında məsul vəzifələrdə çalışıb.
