Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb.
Referans Media Bizim.Media-a istinadən xəbər verir ki, QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, prosesdə xalqlar əziyyət çəkir:
“Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir. Düşünürəm ki, müəyyən razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Çağırışım odur ki, müharibəni bitirib danışıqlar masasına otursunlar. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaq”.
