Allahverən Əliyev vəzifəsindən azad edildi

  Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.

Referans.az  Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ali təhsil alıb. Baytar həkimidir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki