Almaniyada silahlı şəxs banka hücum etdi

Almaniya polosi ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində “Sparkasse” bank filialına silahla daxil olan kişini zərərsizləşdiriblər .

Bu barədə “Bild” məlumat yayıb.

Bildirilir ki, bu gün axşam saatlarında silahlı kişi “Sparkasse” filialına daxil olub. Polis gələndə şübhəli hələ də binanın içində olub. Bank hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb və polis helikopteri hadisə yerində dövrə vurub.

Silahlı şəxs polis tərəfindən saxlanılıb.

Hadisənin motivləri məlum deyil.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki