Almaniya cəmiyyətin bütün sahələrini əhatə edən və tarixdə misli görünməmiş genişmiqyaslı hərbi hazırlıqlara başlayıb.
Referans Media xəbər verir ki, bu barədə "RİA Novosti"yə Beynəlxalq Sülh Bürosunun sabiq həmsədri Rayner Braun danışıb. O, bununla ölkənin sürətlə militarizasiya olunduğunu ifşa edib.
Ekspertin sözlərinə görə, Almaniyada səhiyyə və mülki müdafiə sistemlərindən tutmuş, məktəblərə və ekoloji proqramlara qədər hər bir sahə tamamilə hərbiləşdirilir. O, hazırda baş verənlərin miqyasının Federal Almaniya Respublikasının tarixində heç vaxt yaşanmadığını vurğulayıb.
Braun həmçinin qeyd edib ki, Almaniya hökuməti Rusiya qorxusundan öz daxili siyasətində güclü alət kimi istifadə edir./Publika.az
