Yeni Zelandiyanın ən yüksək zirvəsi olan Kuk dağına dırmanan iki nəfər yıxılaraq ölüb.
“Referans MEDİA” xəbər verir ki, Yeni Zelandiyada 3724 metrlik Kuk dağına dırmanan dörd alpinistdən ikisinin yıxılaraq öldüyü bildirilir. Dırmanış zamanı dağda qalan qrup təcili yardım siqnalı göndərdikdən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb və bu səylər gecə boyu davam edib.
İstintaq nəticəsində iplə bağlanmış iki alpinistin yıxılaraq öldüyü müəyyən edilib. Onların cəsədləri səhər tezdən vertolyotla tapılıb və qrupun digər iki üzvü xilas edilib.
Ölənlərin şəxsiyyəti hələlik açıqlanmayıb./Haberglobal.com.tr/
Referans MEDİA Xəqani Əzizl
