Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

 “Dağıstanda baş verən zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur”.

Referans   xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Azərbaycanda demək olar, hər gün zəlzələ olur. Ancaq heç bir bölgədə güclü zəlzələnin olması gözlənilmir. Orada 1.2-1.3 maqnitudalı afterşoklar olub. Ancaq heç biri hiss olunmayıb”, – o bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki