Amrabat qərarı ilə gündəmi silkələdi: gedir, yoxsa qalır?

"Fənərbaxça"nın ötən mövsüm "Real Betis"ə icarəyə göndərdiyi Sofyan Amrabatın gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

Referans Media xəbər verir ki,  Mərakeşli yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirmək istəyir.

İspaniya mətbuatında yayılan xəbərlərə görə, Amrabat "Real Betis"də qalmağa müsbət yanaşır. 29 yaşlı futbolçunun La Liqada əldə etdiyi sabitlikdən məmnun olduğu və İspaniyada qalmaq istədiyi bildirilir.

Bu iddiaların ardından "Real Betis" rəhbərliyinin hərəkətə keçdiyi və futbolçunun transferini rəsmiləşdirmək üçün "Fənərbaxça" ilə danışıqlara hazırlaşdığı qeyd olunur. Klubun maliyyə şərtlərini müzakirə etmək üçün yaxın günlərdə masa arxasına oturacağı iddia edilir.

Lakin transfer prosesinin asan olmayacağı da vurğulanır. "Fənərbaxça" rəhbərliyinin Amrabatla bağlı yekun qərar vermədiyi və futbolçunun gələcəyinin hələ açıq olduğu bildirilir.

Beləliklə, Amrabatın yeni mövsümdə harada çıxış edəcəyi məsələsi gündəmdə qalmaqda davam edir və son qərarın yaxın zamanda verilməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki