Ankarada ŞOK hadisə: 11 yaşlı uşağı illərdir hində saxlayıb

Türkiyədə 11 yaşlı əlil uşağın əmisi tərəfindən illərdir hində saxlandığı üzə çıxıb. Əlil uşaq Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə verilib.

Referans Media xəbər verir ki, Ankarada uşaq istismarı ilə bağlı ürəkağrıdan hadisə üzə çıxıb. 11 yaşlı əlil uşağın əmisi tərəfindən illərdir hində yaşadığı müəyyən edilib.

Belindən aşağı iflic olan oğlanın atasının öldüyü və anasının yenidən evlənib evdən getdiyi bildirilir. Uşağın uzun müddətdir ki, hində saxlandığını görən qonşular vəziyyəti aidiyyatı qurumlara çatdırıb və köməyə çağırıblar.

Xəbərdarlığın ardından bölgəyə qruplar göndərilib. Hadisə yerindən qaçan uşağın əmisinin axtarışlarının davam etdiyi bildirilib. Hadisə ilə bağlı xəbərlər sosial şəbəkədə böyük səs-küyə səbəb olub.

“Ankara Abi” kimi tanınan sosial media fenomeni uşağı övladlığa götürdüyünü və lazımi proseslərinə başlanıldığını açıqlayıb. Bildirilib ki, uşağın səhhətinin yoxlanılması və təhlükəsiz şəraitdə yerləşdirilməsi üçün aidiyyəti qurumlarla koordinasiya yaradılıb. Hadisə ilə bağlı araşdırma aparılır, əlil uşaq Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki