Türkiyədə təhlükəsizlik strukturlarında mühüm kadr dəyişiklikləri həyata keçirilib. Yeni qərara əsasən, Mahmut Demirtaş Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına verilib.
Referans Media xəbər verir ki , onun yerinə isə Nevşehir qubernatoru Ali Fidan Baş Polis İdarəsinin rəisi təyin olunub. Bu dəyişiklik ölkənin hüquq-mühafizə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Qərarla yanaşı digər yüksək vəzifələrdə də diqqətçəkən təyinatlar aparılıb. Vasif Şahin Türkiyə İnsan Hüquqları və Bərabərlik Şurasının sədri vəzifəsinə gətirilib. Onun yerinə isə Aydın qubernatoru Yakup Canbolat Ankara qubernatoru təyin olunub.
Bundan əlavə, Adıyaman qubernatoru Osman Varol Aydın qubernatoru postuna keçirilib, İstanbulun Güngören rayonunun qubernatoru Abdullah Küçük isə Adıyamana qubernatoru təyin edilib. Miqrasiya İdarəsi rəhbəri Hüseyn Kök Nevşehir qubernatoru olub.
Polis orqanlarında da ciddi dəyişikliklər baş verib. Ankara Polis İdarəsinin rəisi Engin Dinç və bir sıra digər rəhbər şəxslər mərkəzə çəkilib. Onun yerinə Konya Polis İdarəsinin rəisi Maksut Yüksek təyin olunub.
Qərar çərçivəsində müxtəlif bölgələrdə polis rəhbərliklərində də yeni təyinatlar həyata keçirilib. Həmçinin Milli Təhlükəsizlik Şurasında iki yeni müavin təyin edilib.
Qeyd edək ki, bu genişmiqyaslı kadr dəyişiklikləri Türkiyədə dövlət idarəçiliyində struktur yenilənməsi kimi dəyərləndirilir.






















