Antalyada borc mübahisəsi qanlı bitdi: 7 yaralı, 4 saxlanıldı

Antalyanın Alanya rayonunda borc məsələsi səbəbindən baş vermiş mübahisə bıçaqlı davaya çevrilib. Hadisə nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri alıb, davaya qarışan 4 şübhəli isə polis tərəfindən saxlanılıb.

Referans Media xəbər verir ki, hadisə Alanya şəhərinin Saray məhəlləsi, Nərgiz küçəsində saat 21:30 radələrində baş verib. İddiaya görə, iki qrup arasında borc məsələsi üzündən başlayan mübahisə qısa müddətdə bıçaqlı davaya çevrilib. Yaralananlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra qaçan şübhəlilər saxlanaraq polis nəzarətinə götürülüb. Faktla bağlı araşdırma davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki