image-antoni1backend

Antonio Koşta Azərbaycana gəldi

Avropa İttifaqının Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib.

Referans Media  xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı kimi xarakterizə edən Koşta Bakı ilə münasibətləri gücləndirdiklərini qeyd edib.

Koştanın sözlərinə görə, Aİ A zərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahəsində əlaqələri daha da dərinləşdirməyə sadiqdir.

O, bu gün Bakıda Azərbaycan Prezidenti ilə görüşəcəyini də vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki