Apreldə neçə qeyri-iş günü olacaq? – TƏQVİM

Azərbaycanda 2026-cı ilin aprel ayında bayram və ya hüzn günü ilə bağlı qeyri-iş günü olmayacaq.

Referans Media-nın məlumatına görə, aprel ayında yalnız şənbə və bazar günləri istirahət günü hesab olunacaq. Beşgünlük iş həftəsi üzrə bu ayda ümumilikdə 8 gün (həftəsonları) qeyri-iş günü olacaq.

Qeyd edək ki, 2026-cı ildə ən çox qeyri-iş günü mart ayına düşür. Bu, Novruz və Ramazan bayramlarının eyni aya təsadüf etməsi ilə bağlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki