Aqressiv zəng bahaya başa gəldi: Tramp İsveçrəyə rüsumu artırdı

ABŞ prezidenti Donald Tramp İsveçrə baş naziri İqnasio Kassis ilə gərgin keçən telefon zəngi barədə danışıb.

Referans Media xəbər verir ki, Tramp İsveçrə üçün tarifin həmin danışıqdan sonra 30%-dən 39%-ə qaldırıldığını deyib.

“Mən tarif dərəcəsini 30% olaraq təyin etdim ki, bu da çox aşağı göstəricidir. Sonra İsveçrə Baş nazirindən təcili zəng aldım və o, çox aqressiv idi. Onun tonunu o qədər də bəyənmədim, ona görə də onu azaltmaq əvəzinə, 39%-ə qaldırdım”, – Tramp deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki