Arda Güler oyundan alındı, etiraz etdi: Real Madriddə nələr baş verir?

UEFA Çempionlar Liqasında liqa mərhələsinin 8-ci turu ilə mübarizə başa çatıb. Son turun ən çox müzakirə olunan qarşılaşmalarından biri Benfika–Real Madrid oyunu olub. Görüş zamanı oyundan çıxarılan Arda Gülerin etirazı kameraların diqqətindən yayınmayıb.

Referans Media xəbər verir ki, Çempionlar Liqasının son oyun günündə ilk 8-lik və ilk 24-lükdə yer alan komandalar dəqiqləşib. Portuqaliya təmsilçisi Benfika dramatik şəkildə pley-off mərhələsinə yüksəlib. Matçın 90+8-ci dəqiqəsində qapıçı Trubinin vurduğu qol hesabı 4:2-yə çatdırıb və Benfika ilk 24-lüyə düşüb. Bu nəticə Real Madrid üçün isə ağır olub. Madrid təmsilçisi məhz bu qol səbəbindən ilk 8-liyin kənarında qalıb.

Arda Güler oyuna start heyətində başladı

Türkiyə millisinin futbolçusu Arda Güler Real Madridin Benfika səfərində ilk 11-də meydana çıxıb. Qarşılaşma ispan nəhəngi üçün gərgin və çətin keçib.

Real Madrid oyunu 9 nəfərlə başa vurdu

Yüksək gərginliklə müşayiət olunan görüşdə Real Madrid Asensio və Rodriqonun qırmızı vərəqə alması ilə oyunun son hissəsini 9 futbolçu ilə oynamaq məcburiyyətində qalıb.

Oyundan çıxarılan Arda Güler etiraz etdi

Görüşün 78-ci dəqiqəsində, hesab Benfika-nın xeyrinə 3:2 olarkən Arda Güler əvəzlənib. Gənc futbolçu oyundan çıxarkən baş məşqçi Alvaro Arbeloaya etiraz edib. Kameralara əks olunan görüntülərdə Arda Gülerin “Niyə həmişə mən?” dediyi aydın şəkildə görünür.

Sosial mediada ayrılıq iddiaları

Arda Gülerin bu reaksiyası qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi azarkeşlər gənc futbolçu ilə bağlı “Artıq ayrılığın vaxtı çatıb” kimi fikirlər səsləndiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki