Arda Gülərdən Arbeloaya mesaj: Çempionlar Liqası bizimdir!

Real Madridin futbolçusu Arda Güler, Mançester Siti ilə oyundan sonra TRT Spor-a açıqlamalar verib.

Referans Media xəbər verir ki, Arda Güler, komandasının Çempionlar Liqası üzrə mübarizəsini davam etdirdiyini və bu kuboku qazanmaq istədiklərini bildirib: “Turu keçdiyimiz üçün çox xoşbəxtik. Həm evdə, həm də səfərdə rəqibi dominantlıqla məğlub etdik. Bu kuboku qazanmaq istəyirik.”

Türkiyə millisinin futbolçusu, Elçe qarşılaşmasında vurduğu qola da toxunaraq, qol anını belə izah edib: “Topu aldığımda qapıçının irəli çıxdığını gördüm. Belə bir qol vurduğum üçün çox xoşbəxtəm.”

Yarımmüdafiədə daha rahat olduğunu qeyd edən Arda Güler, məşqçi Arbeloa ilə taktiki mövqelər barədə danışdığını və oyun planına uyğun hərəkət etdiyini söyləyib. Həmçinin topu rəqibə verdikləri anlarda belə təhlükə yaratmadıqlarını vurğulayıb.

Arda Güler, həmçinin Türkiyə milli komandasının Dünya Kuboku hədəflərinə də diqqət çəkib: “Bütün yoldaşlarımızın ən böyük arzusu Dünya Kubokuna getməkdir. Ümid edirəm ki, seçmə mərhələdə yaxşı performans göstərərək bu hədəfə çatacağıq.”

“Hamının sevgisini hiss edirəm, dualarını əsirgəməsinlər, mən də onları qürurlandırmağa davam edəcəyəm.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki