Argentinanı silkələyən xəbər: Messi meydanı tərk etdi

Lionel Messi Dünya Kuboku öncəsi keçirilən son klub oyununda narahat anlar yaşayıb. "İnter Mayami" və "Filadelfiya Yunion" arasında baş tutan qarşılaşmada ulduz futbolçu zədə şübhəsi ilə oyunu yarımçıq tərk edib.

Referans Media xəbər verir ki, matçın 72-ci dəqiqəsində Messi sol bud nahiyəsini tutaraq ağrı hiss edib və dərhal əvəzlənmə işarəsi verib. Daha sonra o, ehtiyatla meydanı tərk edərək soyunma otağına yollanıb.

Hadisə futbol ictimaiyyətində və xüsusilə Argentinada böyük narahatlıq yaradıb. Dünya Kuboku öncəsi belə bir görüntü azarkeşlər arasında təşvişə səbəb olub.

Lakin klub rəsmiləri və məşqçi heyəti futbolçunun vəziyyəti ilə bağlı müsbət açıqlama verib. Baş məşqçi bildirdi ki, ciddi zədə şübhəsi yoxdur və Messi daha çox yorğunluq səbəbindən oyundan çıxıb.

Qeyd edilib ki, qarşılaşma Messi üçün Dünya Kuboku öncəsi "İnter Mayami" forması ilə son oyun olub. Onun yaxın günlərdə milli komanda düşərgəsinə qoşulacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki