Arılar insanı sancdıqdan sonra niyə ölür?

Referans Media Oxu24.com-a  isdinadən maraqlı faktı təqdim edir:

Arının iynəsi əslində balıq qarmağına bənzəyir, üzərində geriyə doğru yönəlmiş xırda tikanlar var. Videoda gördüyünüz kimi, o iynə elastik insan dərisinə girəndə həmin tikanlar orada kilidlənib qalır.

Arı uçub getmək istəyəndə iynəsini geri çəkə bilmir. Nəticədə iynə ilə birlikdə həzm sistemi və bəzi daxili orqanları da bədənindən qopur.

Təbiətdə “Mən” yoxdur, “Biz” var. Arı özünü fəda edərək ailəsini qoruyur. Biologiya həm də bir fədakarlıq elmidir!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki