Asiyada gərginlik artır: Kim Çen In raketləri dənizə yönəltdi

Şimali Koreya hərbi təlim çərçivəsində uzunmənzilli strateji qanadlı raketlər buraxıb. Bildirilib ki, təlimin əsas məqsədi ölkənin hücum imkanlarını və ordunun döyüş hazırlığını yoxlamaq olub.

Referans MEDİA xəbər verir ki, Şimali Koreya ordunun döyüşə hazırlıq səviyyəsini, eləcə də hücum potensialını sınaqdan keçirmək məqsədilə dəniz istiqamətində uzunmənzilli strateji qanadlı raketlərdən istifadə edib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) qeyd edib ki, təlim raketlərin buraxılış prosedurlarının yoxlanılması, manevr qabiliyyətinin qiymətləndirilməsi və “əsas strateji silah sistemi” kimi xarakterizə edilən raket kompleksinin etibarlılığının sınaqdan keçirilməsi məqsədi daşıyıb.

Xəbərdə vurğulanıb ki, raketlər Qərb dənizi üzərində əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə uçaraq hədəflərini dəqiqliklə məhv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki