Referans Media xarici xəbər saytına istinadən bildirir ki,Avropa İttifaqı (AB) ölkələri və İngiltərə ABŞ-ın ödəniş sistemlərindəki üstünlüyündən narahatdır. Trump prezident olandan sonra ticarət və diplomatik gərginlik artıb, Avropa ölkələri öz ödəniş sistemlərini yaratmaq istəyir.
Avropa Mərkəzi Bankı “rəqəmsal avro” layihəsi üzərində işləyir. Bu sistem elektron pul olacaq, mərkəzləşdirilmiş idarə olunacaq və qanuni ödəniş vasitəsi sayılacaq. Pilot layihə gələn il başlayacaq, tam istifadəsi isə 2029-cu ildə planlaşdırılır.
Avropa Ödəniş Təşəbbüsü (EPI) ilə Visa və Mastercard-a alternativ Avropa mərkəzli ödəniş sistemi yaradılacaq. İngiltərə də oxşar addımlar atır, çünki kart əməliyyatlarının 95%-i ABŞ sistemlərinə bağlıdır.
Dünyada Visa, Mastercard, Alipay və PayPal kimi sistemlər geniş istifadə olunur. Türkiyədə TROY kartları ilə əməliyyatlar sürətlə artır və bazar payı 25%-i keçib.
Lamiyə Taciyeva.
