Avstraliyanın Sidney şəhərində köpək balıqları iki uşağa hücum etdi

Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən Sidney şəhərində köpək balıqları 11 və 12 yaşlı iki uşağa hücum edib.

Referans Media xəbər verir ki, ABC News-in yaydığı məlumata görə, Sidneyin şərqində 12 yaşlı bir uşaq köpək balığının hücumuna məruz qalıb. Hücum zamanı hər iki ayağından ciddi xəsarət alan uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Günün digər hadisəsində, Sidneyin şimalında yerləşən Dee Why çimərliyində bir köpək balığı 11 yaşlı bir uşağın sörf lövhəsini dişləyib. Uşaq bu hadisədən zədəsiz xilas olub.

Rəsmi şəxslər bildiriblər ki, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və köpək balıqlarının yerini müəyyən etmək üçün dronlarla axtarış işlərinə başlanıb.Gülna Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki