Avtobus sürücüsünü döyən şəxs saxlanılıb

  Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.

Bu barədə Referans-a DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Onun sözlərinə görə, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki