Avtobusun aşması nəticəsində 16 nəfər həyatını itirib

Braziliyanın şimal-şərqində yerləşən Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb.

Referans Media xəbər verir ki, Braziliya mətbuatında yer alan xəbərlərə görə, Seara ştatından geri qayıdan avtobus San Joze De Tapera qəsəbəsi ərazisində, AL-220 avtomobil yolunda aşıb.

Qəza nəticəsində aralarında 4 uşağın da olduğu 16 nəfər həyatını itirib, bəzilərinin vəziyyəti ağır olmaqla 44 nəfər yaralanıb.

Yaralılar ətraf xəstəxanalara yerləşdirilib, hadisənin səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır.

Bildirilir ki, avtobus Seara ştatında keçirilən “Kandelariya Məryəm Ana” adlı dini mərasimdə iştirak edən şəxsləri daşıyırmış.

Alaqoas ştatının qubernatoru Paulo Dantas yerli mətbuata açıqlamasında, ştatda 3 günlük rəsmi matəm elan edildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki