Avtomobil hasara çırpıldı, 5 nəfər xəsarət aldı

  Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.Referans APA-ya istinadla xəbər verir ki, rayon ərazisində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki