Ay göründü: Ramazan bayramının tarixi dəqiqləşdi

Martın 20-si Ramazan bayramı kimi qeyd olunacaq.

Referans Media bildirir ki, bu barədə Globalinfo.az-a ilahiyyatçı Ağa Hacıbəyli məlumat verib.

O bildirib ki, Beynəlxalq Astronomiya Mərkəzinin açıqlamasına əsasən, Ay görünüb və 14 dəqiqə ərzində səmada müşahidə olunub. Bu səbəbdən martın 20-si Ramazan bayramı kimi müəyyən edilib.

Qeyd edək ki, Ramazan ayının başa çatması Ayın görünməsi ilə müəyyənləşir və bu, İslam dünyasında bayramın tarixinin təsdiqində əsas meyarlardan biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki