Ayətullah Xamnəinin İran xalqına müraciəti gözlənilir

İranın Ali Rəhbəri Ayətullah Xamnəinin İran xalqına televiziya ilə müraciət edib 

Referans Media SNN-ə istinadla xəbər verir ki, müraciətdə o, İslam İnqilabının qələbəsinin ildönümü ilə əlaqədar təbrikdən sonra o bildirib:

“22 Bəhməndə (11 fevral) İran xalqı böyük bir qələbə qazandı. Özünü və ölkəsini xarici müdaxilələrdən xilas edə bildi. Bu əcnəbilər bu illər ərzində həmişə əvvəlki status-kvonu bərpa etmək istəyiblər”.

Ayətullah Xamnəi son kütləvi etiraz və iğtişaşlara toxunub: “Allaha şükür ki, müqavimət göstərdiniz və iradənizi ortaya qoydunuz. Müxtəlif hallarda bir daha göstərin. Düşməni məyus edin”.

Xatırladaq ki, İran liderinin fevralın 8-də Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüşü ləğv edilmişdi.

Şərhçilər bu addımın təhlükəsizliklə bağlı olduğunu güman edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki