ATV ekranlarında yayımlanan “Aynı Yağmur Altında” serialı mübahisəli səhnədən sonra ciddi reytinq itkisi ilə üzləşib. Baş rollarda Hülya Avşar və Fikret Kuşkanın yer aldığı layihə son bölümü ilə bütün kateqoriyalarda günün ən az izlənən serialı olub.
Referans Media xəbər verir ki, serialın ikinci bölümündə Mine Çayıroğlunun canlandırdığı obrazın mühafizəkar ailəyə şam yeməyində donuz əti təqdim etməsi sosial mediada geniş müzakirələrə səbəb olmuşdu. Bir çox izləyici səhnəni “provokativ” və “reallıqdan uzaq” kimi qiymətləndirmişdi.
Reytinq göstəriciləri
Son bölüm üzrə açıqlanan rəqəmlər:
Total: 1.85
AB: 1.34
ABC1: 1.70
Bu nəticə ilə serial bütün qruplarda geriləyərək günün ən zəif nəticə göstərən layihəsi olub.
Reytinq düşüşündən sonra kanal rəhbərliyi yayım gününü dəyişmək qərarına gəlib. Serial artıq bazar ertəsi deyil, 4-cü bölümdən etibarən bazar axşamları efirə çıxacaq.























