Azərbaycan 12 xalı bu ölkəyə verdi

Azərbaycan Avstriyada keçirilən “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.

Referans Media Ölkə.az-a istinadən xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İtaliyaya verib.

“Avroviziya”da Azərbaycanın səslərini 2012-ci ildə eyni müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva elan edib.

Ölkəmizdən digər xallar isə belə bölüşdürülüb:

10 xal - Ukrayna

8 xal - Serbiya

7 xal - Xorvatiya

6 xal - Albaniya

5 xal - Bolqarıstan

4 xal - İsrail

3 xal - Rumıniya

2 xal - Malta

1 xal - Çexiya

Bir azdan 70-ci “Avroviziya” mahnı müsabiqəsinin qalibi məlum olacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Jiva isə finala vəsiqə qazana bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki