Azərbaycan bayraqları İrəvan divarlarında: Türkləşmək istəmirik

İrəvanda Nikol Paşinyanın siyasətinə qarşı kortəbii etiraz aksiyası keçirilib.

Referans Media  Ermənistan mətbuatına istinadla bildirir ki, şəhərin müxtəlif yerlərində divarlardan Azərbaycan bayrağının fonunda simvolizə edilmiş İrəvanın görüntüsü olan plakatlar asılıb.

“Biz Paşinyanın vəd etdiyi gələcəyə, Ermənistanın və erməni xalqının türkləşdirilməsinə, Azərbaycanla daha sıx münasibətlərə qarşıyıq. Ermənistanda azərbaycanlıların, türklərin, Azərbaycan və türk simvollarının yeri yoxdur”, – plakatlarda yazılıb.

Aksiyanı hansı qüvvələrin keçirdiyi barədə məlumat verilmir./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki