Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri vizadan qarşılıqlı azad azad edilməsi haqqında Saziş təsdiqlənib.

Referans Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki